Bu küçələrdə məhdudiyyət vaxtından əvvəl aradan qaldırılır - Siyahı

18:21 06.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlanan nəqliyyat planında müəyyən dəyişikliklər edilib.

 

Bakı Nəqliyyat Agebrliyunin (BNA) mətbuat katibi Mais Ağayevin hafta.az-a verdiyi məlumata görə, dəyişikliyə əsasən trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə hərəkətə tətbiq edilən məhdudiyyətlər vaxtından əvvəl aradan qaldırılacaq:

 

"7 iyun səhər saat 06:00-dan Bəhram Gur heykəlinin qarşısından Azneft dairəsi, Niyazi və İstiqlaliyyət küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək.

 

Azneft dairəsi - Niyazi küç.- İstiqlaliyyət küç.- B.Sərdarov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırıldığından 5, 6, 53, 88, 125 və 127 nömrəli marşrutların 20-ci Sahə dairəsi, 65 nömrəli marşrutun isə Azneft dairəsi istiqamətində fəaliyyəti bərpa ediləcək".